Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyədə FETÖ ilə bağlılığı olan 99 hərbçi saxlanılıb

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olan hərbi qulluqçularla bağlı yeni əməliyyat keçirilib.

Boyukmillet.com-un “Anadolu”ya istinadən xəbərinə görə, İzmirdə Türkiyə Silahlı Qüvvələrində (TSK) FETÖ ilə bağlı dövlət çevrilişinə cəhddən sonra işdən çıxarılan 34-ü əsgər və 65-i hərbi məktəb şagirdi olmaqla, ümumilikdə 99 şübhəli şəxs saxlanılıb .

Türkiyə Respublika Baş Prokurorluğu, Milli Müdafiə Nazirliyi, Milli Kəşfiyyatla aparılmış məlumatların müqayisəsinə əsaslanan sübutlarla saxlanılan şəxslərin təşkilatla əlaqədə olduğu təsbit edilib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …