Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyədə FETÖ üzvü olmaqda şübhəli bilinən keçmiş polislər Yunanıstana qaçarkən yaxalanıb

Türkiyədə FETÖ üzvü olmaqda şübhəli bilinən keçmiş polis müdirləri Yunanıstana qaçmaq istəyərkən yaxalanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

Bildirilib ki, Türkiyə hüquq-mühafizə orqanlarının Meriç rayonunun Alibey kəndində həyata keçirdikləri nəzarət tədbirləri zamanı Yunanıstana qaçmaq istəyən qrup aşkarlanıb.

Saxlanılan şübhəlilər arasında FETÖ üzvü olduğuna görə axtarılan keçmiş polis rəislərinin olduğu da müəyyənləşib.

Barələrində 6 il 10 ay 15 gün həbs cəzası olan S.Ç və 7 il 6 ay həbs cəzası olan Y.K saxlanılıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …