Bazar , 8 Fevral 2026
Drone Cameras

Türkiyədə Heydər Əliyev Litseyində görüş keçirilib.

Türkiyədə səfərdə olan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və BDM sədrinin müavini , İSBAM sədri Samir Adıgözəlli Iğdırda görüşlərini davam etdirirlər.


Boyukmillet.com xəbər verir ki, bu gün heyyət olaraq Iğdırda fəaliyyət göstərən Heydər Əliyev adına fənn liseyində olublar. Liseyin müdiri Hikmət Ulaşla görüşən İsmayıl Ağayev və Samir Adıgözəlli Azərbaycanın Qarabağda qazandığı böyük qələbə haqqında danışıblar. Onlar Türkiyə ictimaiyyətinin mənəvi dəstəyinə görə təşəkkürlərini bildiriblər. Hikmət Ulaş Azərbaycanın qazandığı qələbə münasibətilə təbriklərini çatdıraraq, litseyin fəaliyyəti barədə məlumat verib.


Daha sonra Azərbaycan heyyəti Iğdır sanaye sitəsinin başqanı, birinci Qarabağ müharibəsində iştirak etmiş və Türkiyədə terrora qarşı mübarizədə qazi olmuş, Atakan Taşkınsu ilə görüşmüşlər.


BDM nümayəndə heyyətinin Türkiyə səfəri davam edir.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …