Bazar , 11 Yanvar 2026
Drone Cameras

Türkiyədə meşə yanğınlarının sayı 5-ə enib

Son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün tvitterdəki hesabında bildirib.

O, qeyd edib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb.

“İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, – deyə nazir sosial şəbəkədəki hesabına yazıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …