Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyədə mikroavtobus və yük maşını toqquşub, onlarla xəsarət alan var

Türkiyədə ağır yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Məlumata görə, hadisə Kayseridə qeydə alınıb.

Yeşilhisar rayonunda işçiləri daşıyan mikroavtobusla yük avtomobili toqquşub. Qəza zamanı 19 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …