Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyədə müalicə olunan daha 2 qazimiz Vətənə qayıdıb

Ağır yaralanan iki qazimiz – Nəsirov Kənan Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

Bu barədə  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 173-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də “YAŞAT” Fondu tərəfindən təmin edilir.

Check Also

Xalq artisti Rasim Balayev vəfat edib

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib. Bu barədə  Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Xalq …