Türkiyədə qar uçqununda ölənlərin sayı 38 nəfərə çatıb.
Boyukmillet.com “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyədə qar uçqununda ölənlərin sayı 31 nəfərə çatıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, fevralın 4-5-də baş verən təbii fəlakət nəticəsində 53 nəfər isə yaralanıb.
***
Türkiyədə qar uçqununda ölənlərin sayı 23 nəfərə çatıb.
“Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə Van şəhər valisi Mehmet Emin Bilmez məlumat verib.
“İkinci qar uçqunu hadisəsində 8-i jandarma, 3-ü mühafizəçi, 1-i yanğınsöndürən olmaqla 12 nəfər həlak olub. Hazırda 9 vətəndaşımızın vəziyyəti ağırdır. Qar uçqunu altında neçə nəfərin qaldığına dair dəqiq məlumat yoxdur. Ümumilikdə qar uçqunu nəticəsində 23 nəfər həlak olub”, – o qeyd edib.




