Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyədə sərnişin avtobusu TIR-a çırpılıb, ölənlər və yaralılar var

Türkiyənin Batman vilayətində ağır yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, sərnişin avtobusu Diyarbəkir istiqamətində hərəkətdə olarkən qumla dolu TIR-a çırpılıb.

Qeyd olunub ki, yol qəzasında avtobus sürücüsü həyatını itirib, 21 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və təhlükəsizlik qüvvələri cəlb edilib.

Xəstəxanaya aparılan sərnişinlərdən biri həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Qəza ilə bağlı araşdırmaya başlanılıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …