Bazar , 29 Mart 2026
Drone Cameras

Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, hadisə Milasda baş verib. Qəza zamanı mikroavtobusda olan 21 şagirddən 12-si xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, yaralılardan 11-i Milas Dövlət Xəstəxanasına, 1-i isə özəl tibb müəssisəsinə çatdırılıb. Qəzanın başvermə səbəbləri açıqlanmır.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …