Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan 325 şübhəli saxlanılıb

Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan şəxslərə qarşı yanvarın 15-də keçirilən əməliyyatlarda 325 şübhəli saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında yazıb.

Əməliyyatlar zamanı 41 tapança, 36 ov tüfəngi və 1 ədəd AK-47 avtomatı aşkarlanaraq götürülüb.

Sosial media hesabları vasitəsilə cinayəti və cinayətkarı təbliğ edən paylaşımlar edənlər barəsində prokurorluq tərəfindən istintaq başlanıb.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …