Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə turistləri daşıyan avtobus aşıb, 1 nəfər ölüb, 22 nəfər yaralanıb

ürkiyənin Antalya şəhərinin Fethiye şosesində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, hadisə zamanı 1 turist həyatını itirib, 22 nəfər yaralanıb.

Dənizlidən Antalyaya gedən tur avtobusu Karamanda aşıb.

Qəza yerinə çoxlu sayda təcili yardım cəlb edilib. Yaralılar təcili tibbi yardım maşınları ilə özəl xəstəxanaya və Korkuteli Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …