Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyədə Universitetdə şəhid ailələrinə ödənişsiz təhsil və təqaüd veriləcək

Şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülki şəxslərin yaxınları olan 20 tələbə Türkiyənin Nişantaşı Universitetində pulsuz təhsil alacaq.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Nişantaşı Universitetinin rektor köməkçisi Sibel Baykut bildirib.

Belə ki, II Qarabağ döyüşü zamanı şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülki şəxslərin yaxınları olan 20 tələbəyə təqaüd veriləcək və onlar Nişantaşı Universitetində tam pulsuz təhsil alacaqlar.

Bununla bağlı artıq ilkin işləmlərə başlanılıb.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …