Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Türkiyədə yanğını söndürməyə gedən su maşını dərəyə aşıb, üç nəfər ölüb

Türkiyənin Bursa vilayətində Gürsü və Kestel rayonları arasındakı ərazidə ölümlə nəticələnən yol qəzası baş verib.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, Bolu vilayətindən meşə yanğınını söndürməyə gedən su maşını dərəyə yuvarlanıb.

Faciə nəticəsində 3 nəfər həlak olub.

Məlumata görə, su maşını naməlum səbəbdən dərəyə yuvarlanıb.

Sürücü hadisə yerində həlak olub, maşında olan digər iki nəfər ağır yaralanıb və xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq, hər ikisi sonradan vəfat edib.

Qeyd olunur ki, həlak olanlar yanğınların söndürülməsinə kömək etmək üçün bölgəyə gələn çoxsaylı könüllülərdən olublar.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …