Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə yük maşınının ot bağlamalarının arasında 31 qanunsuz miqrant aşkarlanıb

Türkiyənin Hatay vilayətində yük maşınının qoşqusunda ot bağlamalarının altında gizlənmiş 31 qanunsuz miqrant aşkar edilib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, qanunsuz miqrantlar Antakya- Altınözü istiqamətində hərəkət edən yük maşınında polislər tərəfindən aparılan axtarış zamanı müəyyən edilib.

Yük maşınının sürücüsü B.K. polis tərəfindən saxlanılıb.

Qanunsuz miqrantlar deportasiya edilmək üçün vilayətin Miqrasiya Mərkəzinə təhvil verilib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …