Bazar , 19 Yanvar 2025
Drone Cameras

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Türkiyədə baş verən zəlzələdən sonra ilk tanker Ceyhan ixrac neft terminalına qəbul edilib.

Bu barədə Boyukmillet.com  “Reuters”ə istinadən xəbər verir.

Bildirilib ki, ilk tanker İraq nefti ilə yüklənib. Bazar ertəsi baş verən zəlzələdən sonra ilk olan “Vallesina” tankerinə İraq neftini yükləmək üçün Ceyhan ixrac terminalında yanaşmağa icazə verilib.

Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılmışdı. Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Check Also

Azərbaycan ötən il Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya təxminən 12,9 milyard kubmetr qaz ixrac olunub. Boyukmillet.com xəbər verir ki, bunu energetika …