Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Türkiyəli mütəxəssislər Azərbaycan hərbçilərinə minatəmizləmə təlimləri keçirlər

Türkiyəli mütəxəssislər Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə minatəmizləmə təlimləri keçirlər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz tək ürək, tək bilək, tək yumruquq. Azərbaycan xidmət komandanlığı koordinatorluğunda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə mina axtarma təlim verilir”, – nazirlikdən bildirilib.

Milli Müdafiə Nazirliyi təlimlərdən fotolar da paylaşıb.

Check Also

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib. Boyukmillet.com -un xəbərinə görə, Nazirlər Kabineti bununla …