Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyəli tarixçi alim: “Yeni kitabımda dərc olunan tarixi sənədlər və sübutlar Türkiyənin və Azərbaycanın əlini gücləndirir.”

Bu sözləri Boyukmillet.com -a açıqlamasında Türkiyəli tarixçi alim və politoloq Mehmet Bora Perinçek deyib. Tarixçi alim, politoloq təqribən 20 ildir qondarma erməni soyqırımı ilə bağlı arxivlərdə çalışdığını və bu çalışmalar zamanı bir çox önəmli mənbəələrdən maraqlı məlumatlar əldə etdiyini bildirib. O, ermənilərə qarşı törədilən saxta soyqırım iddialarından Türkiyəni bölmək üçün xüsusi ilə istifadə edildiyini sözlərinə əlavə edib. M.Bora Perinçek ermənilərin həmin dövrdə xaricidəki düşmənlərlə əməkdaşlıq etdiyini, həm Türkiyədə, həm də Şərqi Anadolu və Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqazda soyqırımlar törətdiklərini xüsusi ilə vurğulayıb: “Mənim araşdırmalarım tamamı ilə Çar Rusiyası və Sovet arxivlərindəki sənədlərlə əlaqəlidir ki, bu arxivlərdə olan məlumat və sübutları ermənilər inkar edə bilməzlər. Araşdırmalarım davam edir və hətta Rusiyada nəşr olunan yeni kitabımda “Türkiyə Rusiya diplomatiyası sərhədlərinin sirrləri” kitabımda da bu yöndə bəzi məlumatlar da var. Ermeni milliyetcilerinin doğuşuna, işbirlikci kökenlerine dair belgeler var. Yapon müharibəsində Rusiyadakı ermənilərin Yaponiyanı necə dəstəklədikləri, yaxud da I. Dünya müharibəsindən əvvəlki dövrdə daşnakların necə Rusiya ilə əlaqə yaratmaları ilə bağlı rusların təhlükəsizlik orqanlarının sənədləri var. Bu kitabda həmçinin erməni bolşeviklərlə daşnakların münasibətləri ilə bağlı sənədlər var. Qısaca desək, yeni kitabımda dərc olunan tarixi sənədlər və sübutlar Türkiyənin və Azərbaycanın əlini gücləndirir”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …