Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Türkiyənin beynəlxalq adı dəyişdirilib

Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında məlumat verib.

Nazir qeyd edib ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını BMT-də “Türkiye” olaraq qeyd edirik. Xeyirli olsun!”, – M.Çavuşoğlu yazıb.

Beləliklə, bundan sonra Türkiyə (“Türkiyə”) adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Türkey, Turkei, Turquie və s.) kimi istifadə olunacaq.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …