Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Türkiyənin cənub-şərqində terrorçular zərərsizləşdirilib

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə məlumat verib.

Məlumata görə, terrorçular “Eren Kış-1” antiterror əməliyyatı çərçivəsində Bestler-Dərələr bölgəsində məhv edilib.

Bölgədə əməliyyatlar davam edir.

Qeyd edək ki, “Eren Kış” antiterror əməliyyatının birinci mərhələsi dünən başlayıb. PKK terrorçularına qarşı əməliyyat polis və jandarma xüsusi təyinatlılarının 1 550 əməkdaşının iştirakı ilə aparılır.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Bizim Facebook səhifəmizə abunə olun

Check Also

Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Report”un Gürcüstan bürosunun məlumatına görə, …