Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Türkiyənin Çindən aldığı vaksin sınaqdan keçirilir

Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən aldığı “Sinovac” vaksinləri Səhiyyə Nazirliyinin laboratoriyalarında yoxlamadan keçirilir. Prosesin yanvarın 14-də başa çatacağı gözlənilir.

Boyukmillet.com xəbər verir ki, ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək.

Hələlik yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir bildirilməyib.

Qeyd edək ki, Çinin “Sinovac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. İlkin mərhələdə 50 milyon doza sifariş edilib. İlk növbədə səhiyyə işçiləri arasında peyvəndləmə aparılacaq. Hər kəsə iki dozanın vurulması tövsiyə edilir. Bildirilir ki, vaksinlər 28 günlük fasilə ilə vurulduqda infeksiyaya qarşı daha dözümlü vəziyyət yaradır.

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …