Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Türkiyənin məşhur aktrisası vəfat edib

Türkiyənin məşhur aktrisası Sabina Toziya vəfat edib.

Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prodüser Bahadır Özdener sosial şəbəkədəki hesabında bildirib.

75 yaşlı aktrisa Makedoniyadan qayıdarkən anidən vəziyyəti pisləşib. Beynində şiş tapılan Toziya Makedoniyanın səhiyyə naziri Venko Filipce tərəfindən əməliyyat olunub.

Əməliyyatdan sonra 75 yaşlı aktrisanın sağ tərəfi iflic olub.

Qeyd edək ki, Sabina Toziya “Eşkiya dünyaya hökümdar olmaz” və “Möhtəşəm yüz il” seriallarındakı oynadığı rollar ilə daha çox tanınıb.

Check Also

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” …