Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyənin milli müdafiə naziri: “Haqq işində Azərbaycanın yanındayıq”

“Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan-red) birlikdə Ermənistana uzatdığı sülh əlinin başa düşülməsi, tutulmasıdır. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni – Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə, regionun sabitlik adasına çevirməkdən gedir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda baş verənlərdən danışarkən deyib.

“Azərbaycan bizim əziz qardaşımızdır. İki dövlət, bir dövlət mövqeyindən başlayaraq Azərbaycanın haqq işində onun yanındayıq”, – nazir vurğulayıb.

Hulusi Akar qeyd edib ki, məqsəd bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaqdan ibarətdir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …