Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyənin vitse-prezidenti: “Yanğınları söndürmək üçün bütün imkanlarımızdan istifadə edirik”

“Bu gün yanğını söndürəcəyimizə və hadisənin keçmişdə qalacağına ümid edirəm. Hazırda bütün imkanlarımızdan istifadə edir, koordinasiyalı davranırıq”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə və Şimali Kiprdəki yanğınlarla bağlı jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirik ki, küləyin sürətində, hava şəraitində hansısa dəyişiklik olmaz. Yanğınlarla bağlı iki ehtimal var: ya təxribat, ya da insan etinasızlığı. Sabotajların qarşısının alınması vəzifəmizdir. Amma insanlarımız da diqqətli olmalı, laqeyd davranmamalıdırlar. Bu, birlikdə qarşısını ala biləcəyimiz problemdir”, – o söyləyib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …