Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyənin XİN rəhbəri Malaziyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib

Malaziyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Baş naziri İsmail Səbri Yaakobla görüşüb.

Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir.

“Strateji tərəfdaşımız Malaziyanın Baş naziri İsmail Səbri Yaakobla görüşdük. Onun ötən ay ölkəmizə səfəri zamanı qəbul edilmiş qərarları nəzərdən keçirdik”, – M.Çavuşoğlu tviterdə yazıb.

O, tərəflərin yenilənmiş Azad Ticarət Sazişi imzalayacağını vurğulayıb.

Türkiyə və Malaziya ticarət həcmini 5 milyard ABŞ dollarına çatdırmaq, həmçinin enerji, turizm, nəqliyyat və texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …