Cümə , 11 Aprel 2025
Drone Cameras

Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR: viza məhdudiyyəti…

Türkiyə ilə Azərbaycan arasında vizasız gediş-gəliş müddəti 30-dan 90 günə qaldırılıb.

Bunu “Anadolu” agentliyinə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiriErkan Özoral açıqlayıb.

“İki ölkə vətəndaşları qarşılıqlı olaraq 30 günə qədər turist kimi gedib-gəlirlər. Bu müddəti 90 günə qədər artırdıq. Məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyədə vətəndaşların şikayətlərinə səbəb olurdu. Bu problemlərin qarşısının alınması baxımından qərar faydalı olacaq və qarşılıqlı gediş-gəlişi asanlaşdıracaq”, – səfir bildirib.

25 fevralda Bakıda təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısında imzalanan sənədlər barəsində danışan Özoral Türkiyə və Azərbaycanın ticarətdə qarşılıqlı olaraq gömrük vergisi tətbiq etdiyini və bu durumun bəzi sektorlarda rəqabəti öldürdüyünü qeyd edib. “Güzəştli Ticarət Sazişi”nin bu problemin tezliklə həll olunması üçün imzalandığını vurğulayıb. (publika.az)

Check Also

Daha bir jurnalistə qarşı ittiham irəli sürülüb

Anar Abdulla SMTD rəhbərinə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb Müstəqil jurnalist …