Çinin Sincan əyalətində uyğur türklərinə qarşı tətbiq edilən işgəncə və zülm dünya mediasının əsas gündəminə çevrilib. Bir neçə gün əvvəl ortaya çıxan və uyğur türklərinə qarşı tətbiq edilən işgəncənin video görüntülərinin orjinal olduğu müəyyən edilib.
Dronlarla havadan çəkilən video görüntülərdə Çin polisinin gözləri bağlı və zəncirlənmiş formada saxlanılan uyğur türklərini istiqamətləndirdiyi bəlli olur.
“Quardian” qəzetinin xəbərinə görə, uyğur türkləri və digər azlıqlara mənsub olduğu təxmin edilən şəxslər mavi və sarı uniformalarda və saçları qırxılmış halda saxlanılır.
Avstraliya Strateji Siyasət İnstitutunun kiber siyasət üzrə araşdırmaçısı Natahan Ruser görüntülərdəki ipuclarına dayanaraq videonun orjinal olduğunu təspit edib. Günəşin yerini və işarətləri araşdırdan mütəxəssis videonun avqust ayında Sincanın şərqindəki Korla qatar stansiyasında çəkildiyini bildirib.
Ruserə görə, saxlanılanlar Kaşqar şəhərində yerləşən Karla həbsxanasına etap olunur. Bu bölgə bir çox yerləri ilə “təhsil mərkəzi”nə ev sahibliyi etməklə tanınır.
Qeyd edək ki, beynəlxalq ictimaiyyət Çinin Sincan Uyğur Muxtar Respublikası və digər müsəlman azlıqlara qarşı tətbiq etdiyi siyasəti sərt formada tənqid edir. Bu tənqidlərə səbəb bir milyondan çox uyğurun ittiham və istintaqdan kənar şəkildə həbs edilməsi və siyasi təhsil mərkəzlərində saxlanılması səbəbindən ortaya çıxıb.
Xatırladaq ki, Sincan Çinin ən böyük regionudur, Mərkəzi Asiya respublikaları, Rusiya, Monqolustan, Əfqanıstan, Pakistan və Hindistan da daxil olmaqla, səkkiz ölkə ilə sərhədi var.
Tam adı Sincan Uyğur Muxtar Rayonu olan bu bölgə 1940-cı illərdə qısa bir müddət ərzində müstəqillik dövrünü yaşayıb, lakin 1949-cu ildə Çində kommunistlər hakimiyyətə gələndən sonra bu bölgəyə rəsmi Pekinin nəzarəti bərpa olunub. Bu bölgədə 22 milyon əhali yaşayır, əhalinin təxminən 45 faizi türkdilli müsəlman Uyğur azlığını təşkil edir.
Onu da qeyd edək ki, videoya baxmaq üçün bu link vasitəsi ilə internetdə axtarış vermək lazımdır.