Bazar , 19 Yanvar 2025
Drone Cameras

Türkmən liderin ölüm xəbəri ilə bağlı səfirdən Açıqlama

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun dünyasını dəyişdiyi haqda xəbər yayılıb.

boyukmillet.com axar.az-a istinadən xəbər verir ki, bu barədə “Qovorit Moskva” nəşrinə politoloq Aslan Rubayev paytaxtdakı mənbələrə istinadən danışıb.

“Mənə məlumat verən şəxslər Aşqabadda yaşayırlar. Onlar biznesmenlərdir. Məlumatı dəqiqləşdirmək istədikdə onlar mənə dedilər: xidmət orqanlarında çalışan tanışlar var, onlar deyirlər ki, belədir. Məzuniyyətə çıxanda baş verib”, – Rubayev bildirib.

Qeyd edək ki, informasiya rəsmi qaydada təsdiq və ya inkar edilməyib. Bundan öncə isə Q.Berdiməhəmmədovun Vikipediyasında 21 iyul ölüm tarixi kimi göstərilsə də, az sonra bu məlumat silinib.

***

“Xronika Türkmənistan” saytının məlumatına görə, prezidentin ictimaiyyət arasında görünməməsinin səbəbi anası Oğulabad Berdiməhəmmədovanın səhhətinin pisləşməsi ilə əlaqədardır.

Qəzetin iddiasına görə, o, artıq 10 gündür ki, Almaniyada müalicə olunur.

Onun səhhəti stabil-ağırdır.

Bundan əlavə, Türkmənistanın bəzi müxalif saytları da prezidentin təyyarələrindən birinin Almaniyada göründüyünü iddia ediblər.

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Türkmənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.

“Bu tamamilə şayiədir”, – deyə bildirilib.

Check Also

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli …