Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Türkmənistan Prezidenti daxili işlər nazirinə və DGX sədrinə töhmət verib

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Muhammet Xıdırova iradını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistanın “Orient” agentliyi məlumat yayıb.

Nazirə Təhlükəsizlik Şurasının iclasında işində yol verdiyi nöqsanlara görə töhmət verilib.

Agentlik onu da aydınlaşdırır ki, Muhammet Xıdırov iclasda nazirliyin tərkibinə daxil olan Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin işinin təşkili ilə bağlı hesabat verib.

Berdiməhəmmədov Dövlət Gömrük Xidmətinin sədri Maksat Xudaykuliyevə isə son xəbərdarlıqla şiddətli töhmət verib. Prezident ona işdəki nöqsanları tez bir zamanda aradan qaldırmağı tapşırıb.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …