“Türkiyədə müxalifət başqanlığına daha güclü bir lider gətirildiyindən Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərin qalib gəlməsi o qədər də asan olmayacaq”.
Boyukmillet.com xəbər verir ki, bunu RİA Novosti-yə açıqlamasında politoloq, Rusiya-Türkiyə münasibətləri üzrə ekspert Hakan Aksay deyib.
O bildirib ki, Türkiyənin ana müxalifət partiyası 49 yaşlı Özgür Özəli sədr təyin etdi.
“Kılıçdaroğlu 2010-cu ildən partiyaya rəhbərlik edib. May ayında keçirilən prezident seçkilərinə qatılıb, ikinci turda Ərdoğana uduzub. İndi hər şey dəyişdi Partiyanın qurultayı təkcə Kılıçdaroğlu üçün deyil, Ərdoğan üçün də çox yaxşı olmadı: Kılıçdaroğluna qarşı seçkiləri çox asanlıqla qazandı, amma Özgür Özəl üzərində qələbə qazanmaq Ərdoğan üçün çətin olacaq”, – deyə politoloq bildirb.
Aksay qeyd edib ki, Türkiyənin ana müxalifət partiyasının fəaliyyətindəki durğunluq səbəbindən rəhbərlik dəyişikliyi gecikib.
“Cümhuriyyət Xalq Partiyasında uzun müddətdir ki, durğunluq var idi. Bu da liderlə bağlıdır. 13 ildə çox yaxşı işlər gördü, amma bir neçə seçkidə məğlub oldu. Onun əvvəlki seçkilərdəki strategiyaları nəticə vermədi, müxalifət həmişə uduzdu. Kılıçdaroğlu prezident seçkilərindən sonra bir sıra qəribə açıqlamalar verib, xüsusən də məğlubiyyəti etiraf etməkdən imtina etdiki ki, bu da müxalifət və onun tərəfdarları üçün anlaşılmaz idi. Bu, milyonlarla insanı laqeydliyə sürüklədi”, deyə Hakan Aksay bildirib. .
Ekspertin sözlərinə görə, Özəlin xarici siyasətlə bağlı mövqeləri artıq Ərdoğanın mövqeyi ilə ziddiyyət təşkil edir:
“Məsələn, partiyanın qurultayında Özəl Fələstinin Həmas hərəkatını terrorçu adlandırıb, eyni zamanda İsrailə qarşı törədlənləri pisləyib”, – deyə politoloq əlavə edib.