Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin ardınca Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) də 101 saylı Göygöl – Daşkəsən seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanova dəstək nümayiş etdiriblər.
UAGB gəncləri tərəfindən hazırlanmış videoçarx və müraciət UAGB-nin rəsmi internet saytında və Facebook səhifəsində yerləşdirlib. Müraciətdə Göygöl və Daşkəsən seçicilərinə deputatlığa namizəd Möhsüm Aslanova səs verməyə çağırış edilib. Gənclər bu addımı atmaqla həmdə diqqətə çatdırıblar ki, Ukraynada azərbaycanlı gənclər hərakatının formalaşmasında və UAGB-nin qurulmasında Möhsüm Aslanovun böyük xidmətləri olub. Onu səmimi vətənpərvər , bacarıqlı təşkilatçı və dövlətinə sadiq bir insn kimi xarakterizə ediblər.
Ukrayna Azərbaycanlı gəncləri bəyan ediblər ki, hazirda Azərbaycan Respublikası Milli Məclisinə keçiriliən seçkilərdə və ölkəmiz üçün əhəmiyyətli olan bütün ictimai siyasi proseslərdə birlikdədi.