Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

“Ucuz araqdan içib ağlamaqdan başqa çarən qalmayacaq”

Yazıçı Kəramət Böyükçöl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı paylaşım edib.

K.Böyükçöl özünün feysbuk səhifəsində nazir haqqında belə qeyd edib:


“Kəmaləddin Heydərov, vaxt gələcək, səni də işdən çıxarıb atacaqlar cəmiyyətin ağzına ki, söyün.

 
İndi duxları çatmır. Səni ən birinci də pul verdiyin adamlar söyəcək, əmin ol. Səni bir hoydu-hoyduya götürəcəklər, oturub ucuz araqdan içib ağlamaqdan, qəmli-qəmli şeirlər yazıb Quran oxumaqdan başqa çarən qalmayacaq. Bir də gördün Niyaməddinin səsi ilə mahnı oxudun: “Bir taleyin oyununda çütlənmiş zərik”.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …