Bazar , 29 Mart 2026
Drone Cameras

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

“Son sutkada Ukraynada Rusiya ordusunun 170 hərbçisi məhv edilib”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 650-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 212 tank, 4 720 zirehli döyüş maşını, 1 313 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 251 təyyarə, 217 helikopter, 920 PUA, 238 qanadlı raket, 15 gəmi, 3 581 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …