Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ukrayna Baş Qərargahı Rusiyanın neft obyektlərinə zərbə endirildiyini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyada iki neft emalı zavoduna zərbə endirildiyini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, avqustun 30-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Krasnodar şəhərindəki Krasnodar Neft Emalı Zavoduna (NEZ) və Rusiyanın Samara vilayətindəki Sızran NEZ-ə zərbə endirib.

Baş Qərargahın məlumatında qeyd olunub ki, əməliyyat düşmənin hücum potensialını azaltmaq və hərbi hissələrə yanacaq təchizatını çətinləşdirmək məqsədilə həyata keçirilib.

PUA-ların zavodlara vurduğu ziyanın miqyası dəqiqləşdirilir.

Baş Qərargahın məlumatında həmçinin vurğulanıb ki, Sızran NEZ-in ərazisində yanğın müşahidə olunur.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …