Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ukrayna bu raketlə Moskvanı VURA BİLƏCƏK – ŞOK hazırlıq

Çexiyanın LPP şirkəti “Narvhal” adlı yeni uzaqmənzilli qanadlı raketinin Ukraynaya verilməsi planlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Aktualne”yə istinadən məlumat yayıb.

Məlumata görə, sınaqların son mərhələsi Ukraynada olacaq, raket Rusiya ordusuna qarşı döyüş şəraitində yoxlanılması üçün təhvil veriləcək. İlk döyüş tətbiqinin 2026-cı ilin yanvar–fevral aylarında həyata keçirilməsi planlaşdırılır, mart ayında isə Çexiyada raketin kütləvi istehsala başlanılacaq. “Defense Express” analitiklərinin qiymətləndirməsinə görə, “Narvhal” hədəfləri 680 km məsafədə vurmaq imkanına malikdir. Bu isə Moskvaya və ya strateji bombardmançı təyyarələrin yerləşdiyi Enqels aviabazasına çata bilmək üçün kifayətdir.

Check Also

İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb

İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən …