Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb

Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb.

Boyukmillet.com xəbər verir ki, kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb.

“Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. Düşmən itkilər verib”, – Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı bildirib.

Paylaşımda hansı drondan istifadə edildiynə dair məlumat verilməsə də, bunun ABŞ istehsalı “Switchblade” olduğu güman edilir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …