Rusiya ordusunun Ukrayandakı müharibə zamanı aviasiya texnikasının itkisi 44 təyyarə və 44 helikopterdir.
“Boyukmillet.com” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Qeyd edilir ki, dünən Rusiya ordusu Ukrayna ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən itkiyə məruz qalıb. Xüsusən üç helikopter Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz piyadası tərəfindən vurulub.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, habelə şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.