Cümə , 26 Aprel 2024
Drone Cameras

Ukrayna Prezident Ofisi: “Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”

“Əgər Rusiya Ukraynada qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Çünki Rusiya dünyanın ikinci ordusuna sahib olduğunu sübut etmək istəyəcək. Rusiya uduzmasa, rus revanşizmi, rus şovinizmi daha da qabaracaq. Rusiya bizdən intiqam almaq istəyəcək. Beləliklə, növbəti dünya savaşı başlayacaq”, – o söyləyib.

M.Podolyakın sözlərinə görə, hazırda Rusiya Ukraynanın şərqinə kifayət qədər resurs toplayıb və hər şeyi riskə atıb: “Onlar heç olmasa bizim ərazimizin bir hissəini ələ keçirmək istəyirlər. Ona görə də şiddətli döyüşlər gedir”.

Check Also

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə ittiham olunan Suriya vətəndaşı Əhlam Əlbaşıra 1794 illik həbs …