Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ukrayna Rusiya, Belarus və MDB ilə sərhəd əməkdaşlığına dair sazişlərdən çıxıb

Ukrayna tərəfi Rusiya, Belarus və MDB çərçivəsində sərhəd əməkdaşlığına dair üç sazişdən çıxıb.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib.

Melniçuk vurğulayıb ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2011-ci ildə Donetskdə bağlanmış Ukrayna-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş ləğv edilib.

O əlavə edib ki, Ukrayna-Belarus dövlət sərhədindəki buraxılış məntəqələrində birgə nəzarətin təşkili haqqında 1995-ci il dekabrın 14-də Kiyevdə bağlanmış hükumətlərarası Saziş də ləğv edilib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …