Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.

Boyukmillet.com xəbər verir ki, o, Rusiyanın Lvov vilayətinə qarşı orta mənzilli ballistik raket — “Oreşnik”dən istifadə etdiyini iddia etməsinin Avropa təhlükəsizliyi üçün son dərəcə təhlükəli siqnal olduğunu bildirib.

Nazirin sözlərinə görə, Aİ və NATO sərhədlərinə yaxın ərazidə belə bir zərbə bütün Avropa qitəsinin təhlükəsizliyinə ciddi təhdid yaradır və bu addım faktiki olaraq transatlantik birliyin sınağa çəkilməsi deməkdir.

“Biz Rusiyanın bu məsuliyyətsiz və düşünülməmiş hərəkətlərinə qətiyyətli cavablar tələb edirik”, — deyə Sibiqa vurğulayıb.

Ukrayna XİN rəhbəri əlavə edib ki, Kiyev beynəlxalq səviyyədə dərhal addımlar atacaq. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması, Ukrayna–NATO Şurasının toplantısı, eləcə də Avropa İttifaqı, Avropa Şurası və ATƏT çərçivəsində cavab tədbirləri təşəbbüs ediləcək.

Check Also

İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb

İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən …