Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Ukrayna Silahlı Qüvvələri: “Düşmənin Belarusdan mümkün hücumuna hazırıq”

“Ukrayna qoşunları düşmənin Belarusdan mümkün hücumuna hazırdır. Əgər lazım gələrsə, Ukrayna Silahlı Qüvvələri şimal sərhədində qüvvələr toplaya bilər”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Belarus istiqamətindən ehtimal edilən istənilən hücumun qarşısını almağa hazırdır: “Hazırda Ukraynanın şimal sərhədi yaxınlığında vəziyyət nəzarət altındadır”.

Xatırladaq ki, Belarusun siyasi və dövlət xadimi Pavel Latuşko Belarusun Ukraynaya hücum üçün Rusiya ilə birgə 120 minlik qoşun yarada biləcəyini söyləyib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …