Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb

Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.

Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib.

Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.

Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq.

Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …