Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukrayna üzərindən uçuşlar BU TARİXDƏN dayandırılacaq

Fevralın 14-də Qərb sığorta şirkətlərinin Ukrayna üzərindən uçuşlar üçün təminatları geri götürmək qərarına görə, ölkə üzərində hava məkanı bağlana bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Strana.ua” saytı bir neçə mənbəyə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Britaniyanın ən böyük sığortaçıları dünyadakı bütün təyyarə sahiblərinə Ukraynadakı hava gəmiləri üçün sığorta təminatının dayandırılması ilə bağlı ismarış göndəriblər.

“Bazar ertəsi günortadan etibarən Ukraynadan heç bir təyyarə havaya qalxmayacaq” – mənbə qeyd edib.

Şəxsi təyyarə sahibləri belə bir bildiriş aldıqlarını təsdiqləyiblər. Bu o deməkdir ki, 48 saat ərzində bütün təyyarələr Ukraynanı tərk etməli olacaqlar.

Başqa bir mənbənin qeyd etdiyi kimi, çətinliklər dekabr ayında Ukrayna aviadaşıyıcısını təyyarə ilə təmin edən Avropa şirkəti 2 təyyarənin ölkədən çıxarılmasını tələb etdikdən sonra başlayıb: “Beynəlxalq sığortaçılar xidmət göstərdikləri xarici daşıyıcıların təyyarələrinin Kiyevdə dayanmaması üçün getdikcə təkid edirlər. Bu qərar uzun müddətdir ki, yetişib”.

Mənbə həmçinin bildirib ki, Rusiyanın hücum ehtimalı ilə bağlı mətbuatda mütəmadi olaraq dərc olunan yazılar prosesi daha da sürətləndirib. 

Bundan əlavə, portalın Avropa aviasiya bazarı ilə əlaqəli digər həmsöhbəti yaxın gələcəkdə təyyarələrin əksəriyyətinin ölkədən çıxarıla biləcəyini vurğulayıb və bunu onların hamısının icarədə olmağı ilə əlaqələndirib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …