Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ukrayna və Türkiyə nazirlərinin söhbəti: Nədən danışdılar?

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon söhbət olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kuleva öz Tvitter səhifəsində məlumat yayıb.

Onlar Qara və Azov dənizlərindəki təhlükələri, eləcə də ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər.

“Türkiyəli vəzifədaşım və dostum MevlutÇavuşoğlu ilə Rusiyanın yaratdığı təhlükəsizlik böhranı, Qara və Azov dənizlərindəki təhdidlər, gərginliyi azaltmağın diplomatik yolları ilə bağlı telefon danışığı. Ankaranın səylərini alqışlayıram. Ukrayna-Türkiyə hərbi-texniki əməkdaşlığının inkişafı müzakirə olunub”, – deyə Kuleba “Twitter” səhifəsində yazıb.

Check Also

İsrail Baş nazirinin ofis rəhbəri məxfi məlumatların sızdırılması ilə bağlı dindirilib

İsrailin Baş nazirinin administrasiya rəhbəri Tsaxi Braverman saxlanılıb və ağır cinayətlərin araşdırılması üzrə polis şöbəsinə …