Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Ukrayna və Azərbaycan muzeylər arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, müqavilə hər iki muzeyin qarşılıqlı elmi-tədqiqat işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsinin yaradılması, birgə sərgilərin hazırlanması və Ukrayna-Azərbaycan mədəni əlaqələrinin qurulmasına təkan verəcək. Eyni zamanda, bu əməkdaşlıq müqaviləsi Azərbaycanda Ukrayna mədəniyyətinin, Ukraynada isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək.

Əməkdaşlıq müqaviləsini muzeyin direktorları – Çingiz Fərzəliyev və Dmitri Strus imzalayıblar.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir