Bazar ertəsi , 11 Dekabr 2023

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejiminə keçiləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, gücləndirilmiş iş rejimi dekabrın 25-dən yanvarın 7-dək davam edəcək. Bayram günləri istifadəyə veriləcək əlavə nəqliyyat vasitələri barədə məlumat isə yaxın günlərdə açıqlanacaq.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir