Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ukrayna XİN Gürcüstana Saakaşvili ilə bağlı müraciət edib

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstana müraciət edərək keçmiş prezident Mixeil Saakaşvilini hərbi hospitaldan həbsxanaya qaytarmamağa çağırıb.

Boyukmillet.com bu barədə nazirliyin saytına istinadən xəbər verir.

“Mixeil Saakaşvilinin səhhəti buna imkan vermir. Onun əlavə reabilitasiyaya ehtiyacı var”, – nazirlikdən bildirilib.

Xarici İşlər Nazirliyi həm də Ukrayna vətəndaşı olan Saakaşviliyə “hörmətlə yanaşmağa, onun həyatı və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verməməyə” çağırıb.

Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

Check Also

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın …