Şənbə , 1 Mart 2025
Drone Cameras

Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib

Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Heorhi Tıxı ABŞ Prezidenti Donald Trampa dəstəyini ifadə edən Macarıstanın Baş naziri Viktor Orbana cavab verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə hökumət başçısının paylaşımını repost edərək yazıb.

Orban Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşündən sonra paylaşım edərək birincinin “cəsarətlə sülhü müdafiə etdiyini” bildirib, ukraynalı siyasətçinin “zəif insan” olduğuna işarə edib:

“Güclü insanlar sülhdən, zəif insanlar isə müharibədən yanadır. Bu gün Prezident Donald Tramp cəsarətlə sülhü müdafiə etdi”.

Ukrayna XİN mətbuat katibi isə Orbanın, əslində, “zəif insan” olaraq Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutduğuna kinayə ilə eyham vurub:

“Nəhayət, Baş nazir Orban Putinin zəif biri olduğunu etiraf edir. Çünki bu müharibəni başlayan Putin idi”.

Xatırladaq ki, daha əvvəl bir sıra Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə etmişdilər.

Check Also

PKK atəşkəs elan edib

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb. Boyukmillet.com Haber Globala istinadən xəbər verir ki, təşkilat həbsdə …