Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ukrayna XİN Rusiyanın müharibədə yeganə üstünlüyünü açıqlayıb

Rusiyanın Ukraynaya qarşı müharibədə yeganə üstünlüyü artilleriyadır. Ona görə də Almaniya və digər Qərb ölkələri Ukraynaya ağır silahların verilməsini sürətləndirməlidir.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “Bild” qəzetinə bildirib.

“Onların artilleriya sahəsində üstünlüyü var və bundan maksimum istifadə edirlər, ağır silahlar və müasir artilleriya sistemləri əldə etsək, hadisələrin gedişatını öz xeyrimizə çevirə bilərik”, – Kuleba deyib.

Nazir vurğulayıb ki, Ukrayna ordusunun sovet silahları tükəndiyi üçün çoxsaylı reaktiv yaylım atəşi qurğuları və 155 millimetrlik artilleriya sistemlərinin tədarükü vacibdir.

Check Also

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın …