Cümə , 19 Aprel 2024
Drone Cameras

Ukraynada Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edildi

Oxtirkada 28 may Respublika günü ilə əlaqədar olaraq tədbir keçirdilib.


Boyukmillet.com xəbər verir ki, tədbirdə vilayət rəhbəri Pavlo Kuzmenko, şəfaətçi Oksana Hetman, Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Oxtirka yerli muzeyinin direktoru Lyudmila Mişşenko iştirak ediblər.


Ukrayna və Azərbaycan dostluğu həmişə dəstəklənib. İki dövlətin tarixində Ukrayna və Azərbaycan xalqlarının getdikcə daha çox bir araya gəlməsinin faciəli tərəfləri də var. Ukrayna hərbi fəaliyyətə başlayandan Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya 15 milyon avrodan artıq əlavə yardım göstərilib.


Azərbaycanın Ukraynadakı Fəxri Konsolu Əfqan Salmanov tədbiri bu giriş sözləri ilə açıb: “Azərbaycan xalqı bu günü ukraynalılarla geniş şəkildə bölüşür və gələcək müstəqil suveren Ukraynaya inanır”. Ardıyca isə bu günün ölkəmiz üçün əhəmiyyətli olan tarixi haqda tədbir iştirakçılarına geniş məlumat verib.


Daha sonra isə Oxtirkanın rəhbəri Pavlo Kuzmenko Əfqan Salmanova ehtiram vərəqini təqdim edib.


Qeyd edək ki, bu gün həm də Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun nümayəndələri müharibə zamanı dünyasını dəyişənlərin ailələrinə 100 ədəd ərzaq bağlaması veriblər.

Ayna Fərhad

Check Also

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır

Fransa surətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Boyukmillet.com xəbər …