Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

“Akıncı” zərbə pilotsuz uçuş aparatı (PUA) İstanbuldan Bakıya dayanmadan uçub.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

“Beləliklə, rekorda imza atılıb. Əlbəttə, fərqli hadisələr də olacaq. İnşallah, onları da görəcəyik”.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində “Akıncı” zərbə PUA-sı da nümayiş etdirilir.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …